Enerji
“Azəriqaz”: “Borulara hava vurmuruq”
“Bəzən iddia olunur ki, qaz borularına hava vurulur. Bu, yanlışdır”.
Publika.az xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
Onun sözlərinə görə, borulara hava vurulması yalnız qaz olmadığı halda baş verir: “Qaz olan boruya hava vurulması çox təhlükəlidir və böyük partlayışa səbəb ola bilər. Borulara hava o zaman vurulur ki, orada hidrant olur. Bu zaman borulardan qaz tamamilə çıxarılır, daha sonra ora hava vurulur”.
“Azəriqaz” rəhbəri abunəçilərin qaz cihazlarında hava olması ilə bağlı iddialarına da aydınlıq gətirib: “Bəzən abunəçilər mənzillərində olan qaz cihazlarını açarkən orada ilk olaraq hava gəlir. Bu hava sayğacla həmin cihazların arasında olan xətdəki havadır. Onu isə bizim çıxarmaq imkanımız yoxdur. Abunəçu özü çıxarmalıdır. Onu da əlavə edim ki, bu, hava sayğac göstəricisinə təsir etmir”.
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl

























.jpg)









