Enerji
Yalnız təmirdən sonra kəmərdə hava qala bilər - "Azəriqaz"
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən vaxtaşırı qazın keyfiyyət göstəriciləri yoxlanılır. Bu gün satılan qazın keyfiyyət göstəriciləri meyarlara tam uyğundur.
Publika.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, qazın keyfiyyətinin dəyişdirilməsi, hər hansı kənar müdaxilə edilməsi mümkün deyil: "Qazın tərkibinə yalnız "adalant" deyilən maddə vurulur ki, sıxma zamanı qazın iyi müəyyən edilsin. Qazın tərkibinə hava vurulması kimi fikirlər yayılır. Havanın təzyiq altında olan hər hansı qaz kəmərinə vurulması mümkün deyil. Bu, ancaq kipliyi yoxlamaq üçün edilə bilər. Yaxud havanın kəskin dəyişməsi zamanı kəmərlərdə maye toplanması əmələ gəlir. Mayeni kəmərdən çıxarmaq üçün yüksək təzyiqli hava vurulur. Hava qazla birlikdə üfürülür. İstisna hallarda ola bilər ki, mətbəxdə olan qaz avadanlıqlarında hava yığılması müşahidə edilsin. Bu hava gələndə açıq qoyun və sayğaca baxın. Sayğac göstəricisi dəyişmir. Fasiləsiz qaz verilən kəmərdə hava gəlməsi mümkünsüzdür. Yalnız təmirdən sonra kəmərdə hava qala bilər ki, onu da binaların girişində olan qazpaylayıcı şkaflarda havatəmizləyici vasitəsilə buraxırıq. Mənzillərdə qaz borusundan havanı çıxarmaq mümkün deyil. Hava mütləq mətbəxdəki qaz avadanlığından çıxmalıdır".
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









