Enerji
Bu sayğaclar tarixə qovuşacaq - Ruslan Əliyev
"Smart kart tipli sayğaclarda sistemlə sayğac arasında olan əlaqə kart vasitəsilə həyata keçirilir. Bəzi hallarda terminallarda ödəniş etdikdə ödəniş karta yüklənmir. Ay ərzində bu hal 10-15 dəfə baş verir".
Publika.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, bu halın qarşısını almaq üçün "Azəriqaz" İstehsalat Birliyi ödəniş terminallarına müraciət edib: "Doğrudur, ödənilən məbləğ heç zaman batmır. Abonent qəbzlə terminalın ofisinə və ya "ASAN xidmət" mərkəzlərinə yaxınlaşdıqda ödəniş bərpa olunur".
Qurum rəhbəri sayğacların dəyişdirilməsi mövzusuna da aydınlıq gətirib: "Mexaniki sayğaclar iyul ayından etibarən çoxmərtəbəli binalara ödənişsiz verilir. Yaxın 3-5 il ərzində smart kart tipli sayğaclar tarixə qovuşacaq. Bu gün bu sayğaclar istehsalatdan çıxıb. Artıq "ağıllı sistem"ə keçid etmək lazımdır. O sayğaclarda ödənişlə bağlı problemlər daha çox yaşanır. Smart kart tipli sayğaclarda abonentin ay ərzində nə qədər qaz istifadə etdiyi görünmür. Amma yeni sayğaclarda biz buna nəzarət edə bilirik. Smart kart tipli sayğaclar dövrü üçün müasir sayılırdısa, bu gün "ağıllı sistem" deyil".
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı















.jpg)









.jpg)









