Enerji
Bu, Bakı Limanının dövriyyəsini artıracaq - Taleh Ziyadov
"Zəngəzur dəhlizinin açılması Bakı Limanının böyük potensialının olduğunu ortaya çıxardı, gələcəkdə yükdaşımaların artmasını gözləyirik".
Publika.az xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin direktoru Taleh Ziyadov jurnalistlər üçün keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi sovet dövründə ən önəmli dəhlizlərdən biri idi: "Sovet İttifaqı ölkələri arasındakı iqtisadi əlaqələr Zəngəzur dəhlizi vasitəsilə aparılırdı. Bizim ölkəmizin də Culfadan İrana gedən dəmir yolu vasitəsilə ildə 3 milyon tona qədər yük dövriyyəsi olurdu. Birinci Qarabağ müharibəsindən sonra bu dəhlizdə yükdaşıma tamamilə yox oldu. İkinci Qarabağ müharibəsindən sonrakı zəfərlə həm Azərbaycan, həm də region üçün yeni perspektivlər açılmaqdadır. Biz liman olaraq dəhlizin çox böyük əhəmiyyətini görürük. Limandan dəmir yolu vasitəsilə Türkiyəyə, Ağdənizə çıxış daha qısadır. Həm Türkiyənin, həm də Avropanın Orta Asiya ilə çox ciddi ticarəti var. Bu ticarət dövriyyəsi daim artır. Bu dövriyyənin Bakı Limanı vasitəsilə artmağını ehtimal edirik, buna hazırlıq görürük".
Taleh Ziyadov qeyd edib ki, qonşu limanlarla, xüsusilə Qazaxıstan, Türkmənistan limanları ilə yaxın əlaqələrin yaradılmasının, işlərin harmonizasiyası və yaxından əlaqələndirilməsinin regionun ticarətinə çox böyük əhəmiyyəti var.
Tural Turan
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı













.jpg)













.jpg)








