Enerji
Ruslan Əliyev: “Əhali üzrə təbii qaz qəbulu azalıb”
Son sutkada “Azəriqaz” İstehsalat Birliyi 38 milyon kubmetr təbii qaz qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev bu gün Birlikdə keçirilən “Açıq qapı” aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu da ötənilki həcmlə müqayisədə eynidir.
“Qəbul edilən təbii qazın 29 milyon kubmetri əhali abonentlərinə verilib. Digər həcmlər isə qeyri-əhali və sənaye üzrə verilib. Bu ilin dekabr ayı ötən ilin eyni dövrü ilə müqayisədə daha xoş keçib. Son 23 gündə keçən ilin eyni dövrü ilə müqayisədə əhali üzrə 90 milyon kubmetr az qəbul etmişik. Ancaq qeyri-əhali üzrə ötən ilin dekabr ayına nisbətən 30 milyon artıq qaz qəbul etmişik”.
Ruslan Əliyev bildirib ki, noyabr ayında qəbul edilən qaz daha fərqli olub: “Noyabrda əhali üzrə ötən ilə nisbətən 170 milyon kubmetr artıq qaz qəbul edilib”.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı











.jpg)














.jpg)







