Enerji
Hökumətdən ölkə ərazisində təbii qaz təchizatı ilə bağlı VACİB QƏRAR
Nazirlər Kabineti “Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında” qərarında dəyişiklik edib.
Publika.az xəbər verir ki, qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarını optimallaşdırmaq və bununla bağlı səmərəli idarəetməni təmin etmək məqsədi daşıyır.
Müəyyən edilib ki, bu fəaliyyət üzrə “Azərkontrakt” ASC-nin illik dövriyyəsinin 0,5 faizinədək məbləğdə vəsait onun idarəetmə xərclərinə, o cümlədən maddi-texniki bazasının təkmilləşdirilməsinə, işçilərin əməyinin ödənilməsinə və digər formada maddi həvəsləndirilməsi məqsədlərinə, habelə ölkədə qaz təchizatı ilə əlaqəli proqnoz xarakterli tədqiqatların aparılmasına və müvafiq təkliflərin hazırlanmasına yönəldilir.
“Azərkontrakt” ASC-yə ona həvalə edilmiş vəzifələrin icrasını nəzərə alaraq Nazirlər Kabineti ilə razılaşdırmaqla yeni ştat cədvəlini bir ay müddətində təsdiq etmək həvalı olunub.
Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı











.jpg)














.jpg)







