Enerji
Avropa İttifaqı Azərbaycandan qaz idxalını artırmaq istəyir - DW
“Deutsche Welle” nəşrində “Aİ Azərbaycandan qaz idxalını artırmaq istəyir” sərlövhəli məqalə dərc edilib.
Publika.az xbər verir ki, materialda qeyd edildiyinə görə, Brüssel Bakını qaz təchizatının təhlükəsizliyinin təmin edilməsində ən mühüm tərəfdaş kimi görür. Nəşrdə yazılır ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin sözlərinə görə, Avropa İttifaqı bir neçə il ərzində Azərbaycandan qaz nəqlinin həcmini iki dəfə artırmaq niyyətindədir.
Məqalədə deyilir ki, Avropa İttifaqı Azərbaycan qazının idxalını iki dəfə artırmaqla Rusiya tədarükünü onunla əvəz etməyi hədəfləyir. Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen Bakıya səfəri zamanı iyulun 18-də Prezident İlham Əliyevlə birgə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalayıb. Həmin sənədə uyğun olaraq beş il ərzində Cənub Qaz Dəhlizi üzrə qaz təchizatı iki dəfə artacaq - 2027-ci ildən Avropaya hər il azı 20 milyard kubmetr mavi yanacaq ötürüləcək.
Daha sonra nəşr Ursula Fon der Lyayenə istinadla yazır ki, indi Azərbaycandan hər il 8 milyard kubmetr qaz tədarük edilir. Lakin gələn ildən bu rəqəm 12 milyarda çatmalıdır ki, bu da Rusiya qazının təchizatının azalmasını kompensasiya etməyə kömək edəcək.
Avropa Komissiyasının Prezidenti bildirib ki, Anlaşma Memorandumu Azərbaycan ilə “energetika sahəsində əməkdaşlıqda yeni səhifə” açır. Məqalədə qeyd olunur ki, sənədi imzalamazdan bir qədər əvvəl o, tvitter hesabında yazıb: “Aİ daha etibarlı enerji təchizatçılarına müraciət edir”.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







