Enerji
“Qazprom”ın hasilatı kəskin azaldı
Bu ilin yanvar-iyul aylarında “Qazprom” şirkəti tərəfindən 262,4 milyard kubmetr qaz istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz və ya 35,8 milyard kubmetr azdır.
Publika.az Kommersant.ru saytına istinadla xəbər verir ki, bu barədə şirkətin yaydığı rüblük hesabatda açıqlanıb.
“Qazprom” bunun səbəbini Avropa İttifaqında (Aİ) qaz istehlakının azalması ilə izah edib:
“Aİ-də qaz istehlakının azalması qlobal tələbatın azalmasında əsas amilə çevrilib. Yeddi ay ərzində qlobal qaz tələbatının azalması təxminən 35 milyard kubmetr təşkil edib. Avropa İttifaqının 27 ölkəsində də eyni dövrdə qaz istehlakı 31 milyard kubmetr azalıb”.
Hesabatda göstərilir ki, yeddi ay ərzində qeyri-MDB ölkələrinə qaz tədarükünün ümumi həcmi 75,3 milyard kubmetr təşkil edib:
“Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,7% və ya 40 milyard kubmetr azdır. Daxili bazarda da “Qazprom” qazına tələbat 2% və ya 3 milyard kubmetr azalıb. Amma “Sibirin gücü” qaz kəməri ilə Çinə qaz ixracı 60,9% artıb”.
Avropa Komissiyasının son məlumatına görə, Rusiya Aİ-nin 12 ölkəsinə qaz tədarükünü ya azaldıb, ya da tamamilə dayandırıb.
Qeyd edək ki, iyulun 27-də “Qazprom” “Şimal axını” ilə qaz tədarükünün nominal gücünü 20 faizə qədər azaldıb. “The Financial Times” yazıb ki, artıq bir neçə Avropa ölkəsi Rusiya qazının istehlakını azaltmaq üçün plan hazırlayıb.
Rövşən Ziya
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







