Enerji
OPEC: Neftin qiyməti QALXACAQ
“Neft ixrac edən ölkələrdə (OPEC) gündəlik neft hasilatını 100 milyon barel səviyyəsində saxlamaq üçün ildə 500 milyard dollar investisiya lazımdır. Əks halda neftin qiyməti qalxacaq”.
Publika.az İranın İRNA agentliyinə istinadla xəbər verir ki, bu sözləri OPEC-in yeni baş katibi Heysəm əl-Qais, bazar ertəsi Küveytin "Əl Ra'I" qəzetinə verdiyi müsahibəsində açıqlayıb.
Onun sözlərinə görə, neftin qiymətinin son artımı təkcə Ukrayna böhranı ilə deyil, həm də hasilat gücünün azalması ilə bağlıdır:
“Neft emalı zavodlarına qoyulan investisiyaların azalması, neft emalı zavodlarının bağlanması kimi hallar neft məhsullarının qiymətinin artmasının əsas səbəbləridir”.

Baş katib qeyd edib ki, qarşıdakı 25 il ərzində dünyada neft sənayesinə 12 trilyon dollar investisiya yatırılmasına ehtiyacı var:
“Biz bu il neftə tələbin sutkada 3,4 milyon barel artacağını və 2022-ci ilin sonuna qədər sutkada 102 milyon bareli keçəcəyini gözləyirik”.
Heysəm əl-Qais müsahibənin sonunda, bərpa olunan və təmiz enerjini alqışladıqlarını diqqətə çatdırıb:
“Dünyada enerji daşıyıcılarının 50 faizdən çoxu neft və qazdan əldə edildiyi üçün, onları əvəz etmək çətindir”.
Əl-Qais həmçinin Rusiyanın qlobal enerji bazarındakı üstün rolunu da vurğulayıb və OPEC-in bu ölkə ilə rəqabət aparmadığını söyləyib.
Rövşən Ziya
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







