Enerji
SOCAR bp-nin bir neçə əməkdaşını təltif etdi - FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü İsrafil Məmmədov və SOCAR-ın prezidenti Rövşən Nəcəfin iştirakı ilə SOCAR-ın nümayəndə heyəti "Mərkəzi Azəri" platformasına səfər edib.
SOCAR-dan Publika.az-a verilən məlumata görə, səfər “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi çərçivəsində 2005-ci ildə istismara verilən və sutkada 420 min barel neftin texnoloji emal edilməsi üçün nəzərdə tutulan “Mərkəzi Azəri” platformasına yerində baxış keçirmək, onun fəaliyyəti ilə yaxından tanış olmaq, mövcud və perspektiv optimallaşdırma imkanlarını müzakirə etmək məqsədi daşıyıb.
Nümayəndə heyətinə “Mərkəzi Azəri” platformasının idarə olunması, cari əməliyyatları, müasir texnoloji və təhlükəsizlik sistemləri, həmçinin nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyətinin bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Couns və bp-nin regional rəhbərliyinin nümayəndələri ilə işgüzar görüşü keçirilib.
Görüşdə SOCAR-ın prezidenti Rövşən Nəcəf “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun bundan sonra da Azərbaycan və dünya neft sənayesinin inkişafına dəyərli töhfə verməyə davam edəcəyini vurğulayıb.
Daha sonra platformanın qaz və su vurma turbinləri, ixrac nasosları, qazma sahəsi və digər obyektlərinə tur təşkil edilib.
Sual-cavab sessiyası ilə davam edən tədbirin sonunda “Mərkəzi Azəri” platformasının fasiləsiz və təhlükəsiz əməliyyatlarının təmin edilməsinə verdikləri töhfəyə görə bp-nin bir neçə əməkdaşı təşəkkürnamə ilə təltif edilib.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

























.jpg)







