Enerji
Dünya bazarında neft yenidən BAHALAŞIR
Dünya bazarında neftin qiyməti qlobal hasilatın mümkün azalması səbəbindən yüksəlir.
Publika.az xəbər verir ki, bu barədə “Yahoo!Finance” yazır.
"Bazar ertəsi neft qiymətləri cümə günü yüksəlişini davam etdirdi, çünki OPEC+ mümkün yeni hasilatın azaldılması və Liviyada qanlı toqquşmalar fonunda bazarda əsas rol oynayıb və bu, Liviya neftinin ixracı ilə bağlı narahatlıqları təzələyib", - materialda deyilir.
Qeyd olunur ki, WTI markalı xam neft bazar ertəsi demək olar ki, 3% bahalaşaraq 96,04 dollara çatıb. 104 dollara satılan Brent markalı neftin qiyməti də artıb.
"Brent keçən həftə yenidən 100 dollar/bareldən yuxarı qalxdı və Səudiyyənin energetika naziri şahzadə Əbdüləziz bin Salmanın OPEC+-ın sabitliyə gətirəcəyi təqdirdə istənilən vaxt və istənilən formada hasilatı azaltmağa hazır olduğunu deməsindən sonra əsasən bu səviyyənin üzərində ticarət edir", - "Yahoo! Finance" qeyd edib.
Liviyada ən azı 30 nəfərin öldüyü qanlı toqquşmalar enerji qiymətlərinin artmasına səbəb olub.
“OPEC-in sentyabrın 5-nə planlaşdırılan görüşündə hasilatın azaldılmasının müzakirə edilib-edilməyəcəyi hələ bəlli deyil”, - məqalə yekunlaşır.
Hüseyn İbadlı
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı

































