Enerji
Azərbaycan enerji keçidinə yaxşı hazırlaşıb - Nazir
“Azərbaycan enerji keçidinə yaxşı hazırlaşıb. Ölkənin bu sahədə xüsusi strategiyası var və bu, heç bir gecikmə olmadan həyata keçirilir”.
Publika.az xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda artım perspektivləri” adlı forumda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, Azərbaycan enerji keçidi üçün zəruri olan öz enerji təhlükəsizliyinin qayğısına qala bilib.
P.Şahbazov vurğulayıb ki, bərpa olunan enerji istehsalının genişləndirilməsi ölkə iqtisadiyyatının inkişafında çox mühüm məqamdır.
Nazir əlavə edib ki, 30 ildir ki, Azərbaycan və Dünya Bankı enerji sektorunda, xüsusən də “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində sıx əməkdaşlıq edir: “Bu gün biz əməkdaşlığımızı davam etdiririk. O, azı dörd istiqamət üzrə inkişaf edir. Buraya xüsusən də külək enerjisi sahəsi, elektrik enerjisi bazarının liberallaşdırılması daxildir. Hazırda bu sahədə əməkdaşlıq xəritəsinin yaradılması istiqamətində işlər aparılır”.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


































