Enerji
Üç ölkə lideri Türkmənistan qazının nəqli üçün yenidən görüşəcək
“Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı yol xəritəsini qərarlaşdıracaqlar”.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub.
“Biz üç ölkə tərəfindən belə bir addımın atılmasının mümkünlüyünü müzakirə etdik. Dedik ki: “Niyə də olmasın?”. Və müvafiq göstərişlər verdik. Türkiyənin energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə ilkin işlərin aparılması tapşırılıb. Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yeni görüş keçirəcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”.
O qeyd edib ki, enerji mərkəzinin yaradılması mövzusu uzun müddətdir ki, Türkiyənin gündəmində olub:
“Biz bu məsələni hörmətli Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etmişik. O, Türkiyəni Avropaya təbii qaz tədarük edə biləcəyi bir mərkəz kimi qəbul edib. Həm də qazın nəinki təchizatı, həm də qiymətini müəyyənləşdirə biləcəyik. Biz bununla razılaşdıq”.
-
ABŞ09:00Hamı Trampın həmin təyyarədə olduğunu zənn edirdi, sən demə... - İrana qarşı "yem" əməliyyatı
-
Elm və təhsil08:37Tələbələrin dərs saatı dəyişir? - Bakıda yeni hazırlıq
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar


































