Enerji
Avropada qazın qiymətini ucuzlaşdıran səbəblər - Ekspert deyir ki...
“Avropada qazın qiymətinin düşməsinin əsas səbəbi son 30 ildə qışın çox mülayim keçməsidir”.
Bunu Publika.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib.
Ekspert qeyd edib ki, vəziyyət o həddə çatıb ki, dekabrın 30-dan Avropada yeraltı qaz anbarlarına qaz vurulmağa başlanılıb. Bu baxımdan, Avropanın qaz bazarı hazırda çox maraqlı bir dövr yaşayır.

İlham Şaban vurğulayıb ki, hazırda əhalinin enerji qıtlığı ilə üzləşmə ehtimalı yoxdur. Çünki Avropanın ümumi enerji balansında alternativ enerji mənbələrindən alınan elektrikin xüsusi çəkisi 33-34% təşkil edir.
“Artıq bir neçə gündən sonra Arktik soyuq hava kütlələri şimal yarımkürəsinə daxil olmalıdır və bu da qaza olan təlabatın artması ilə nəticələnəcək” deyən ekspert bu tendensiyanın çox çəkməyəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, Avropada qazın qiyməti yanvarın 5-də keçirilən hərracların açılışında bir ildən artıq müddətdə ilk dəfə min kubmetr üçün təxminən 2% dəyər itirərək 700 dollardan aşağı düşüb.
Mehti Kamiloğlu
-
Region02:42İran yeddi şərt irəli sürdü - “ABŞ-ın qəbul etməkdən başqa yolu yoxdur”
-
İdman01:41“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi
-
Region01:11Türkiyə münaqişə tərəflərindən hansı cavabı gözləyir? - Fidan AÇIQLADI
-
Qoroskop00:45Günün ULDUZ FALI - Qəti qərarlar verməkdən çəkinin
-
Avropa19 Sentyabr 23:36Corabları ilə Zelenskinin diqqətini yayındırdı - VİDEO
-
Magazin219 Sentyabr 22:4861 yaşlı Monika Belluççi dərin dekolteli libasda
-
Region19 Sentyabr 22:24"Kaşif Kozinoğlu işi" böyüyür - Daha 4 nəfər həbs edildi
-
Magazin219 Sentyabr 20:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO





























.jpg)



