Enerji
Neft bazarını gözləyən təlatüm: Aprel ayından başlayaraq...
"İlin əvvəlində neftin qiymətlərində müşahidə olunan azalmalar birbaşa texnoloji amillərlə bağlıdır".
Bunu Publika.az-a neftin qiymətlərində müşahidə olunan azalmanı şərh edərkən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev söyləyib.

Ekspert deyib ki, 2023-cü ilin əvvəlində neft qiymətlərininin qısa və ortamüddətli dinamikasını tələb-təklif narahatlığı, dünyada monetar sərtləşdirmə, iqtisadi tənəzzül gözləntiləri, Çində səhiyyənin vəziyyəti ilə bağlı mümkün iqtisadi açılım, dünya üzrə strateji neft ehtiyatlarının hazırkı durumu və dünya bazarlarında təbii qazın mövcud qiymətləri kimi amillər müəyyən edir.
Z.Vəliyev bu ilin aprel ayından etibarən neft bazarında canlanma müşahidə olunacağının proqnozlaşdırıldığını bildirib:
“Düşünürəm ki, neft qiymətlərinin indiki durumu həm istehsalçıların, həm də təchizatçıların tam maraqları çərçivəsindədir. Çünki yüksək neft qiymətləri neftə olan tələbatı, adətən aşağı salır. Ona görə də, hesab edirəm ki, cari ilin birinci rübündən sonra neftin qiymətlərində artım müşahidə olunacaq.
Çünki Rusiya-Ukrayna münaqişəsi səbəbilə mövcud qlobal tədarük zəncirində böyük bir qırılma müşahidə olunur. Ticarət axın xətləri bir neçə istiqamətdə dəyişib. Bu dəyişiklik və tədarük tezliyinin aşağı düşməsi, neft məhsullarına olan tələbatı əvvəlki illərlə müqayisədə bir neçə dəfə artırıb”.
Mehti Kamiloğlu
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


































