Enerji
İxrac olunan Azərbaycan qazının dəyəri dəfələrlə artdı
2022-ci ilin yekunlarına əsasən, Azərbaycan 18,965 milyard kubmetrdən artıq təbii qaz ixrac edib ki, bu da 2021-ci ildəki göstəricidən 5,4 faiz və ya 1,08 milyard kubmetr aşağıdır.
Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, ixrac olunan Azərbaycan qazının dəyəri təqribən 14,99 milyard dollar təşkil edib ki, bu da inişilki göstəricidən (5,534 milyard dollar) 2,7 dəfədən çox və ya 9,455 milyard dollar yuxarıdır.
Ölkənin ümumi ixracında qazın payı qeyd olunan dövrdə 39,29 faiz təşkil edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 20,047 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da 2020-ci illə müqayisədə 38 faiz və ya 7,622 milyard yuxarıdır. Təbii qazın ixracı dəyər baxımından 5,5 milyard dolları keçib ki, bu da 2020-ci ilin göstəricisindən 2,5 dəfə yüksəkdir.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)
















