Enerji
Moldova Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq istəyir
Moldova SOCAR və “Romgas SA” şirkətləri arasında imzalanmış sazişə əsasən Rumıniya vasitəsilə Azərbaycandan qaz almaq niyyətindədir.
Publika.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu Moldova TVR telekanalına bildirib.
"Bu müqaviləyə əsasən, Azərbaycan qazı Türkiyədən keçməklə Trans-Balkan qaz kəmərinə və Rumıniyaya ötürüləcək. Bu, Moldovanın onu almasına imkan verəcək. Biz bu əlavə qaz mənbəyindən istifadə edəcəyik", - deyə Qrosu qeyd edib.
Onun sözlərinə görə, Rumıniyadan Moldovaya qaz hələ 2014-cü ildə Avropa İttifaqının dəstəyi ilə tikilən və ötən illər ərzində istifadə olunmayan 43,2 kilometr uzunluğunda İasi-Ungeni qaz kəməri ilə nəql edilə bilər. Qrosu bildirib ki, qiymət sərfəli olarsa, Moldovanın öz anbarı olmadığı üçün qazı qonşu ölkələrin yeraltı anbarlarında saxlayacaq.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)
















