Enerji
OPEC+ gündəlik neft hasilatını kəskin azaldır
OPEC və qeyri-OPEC ölkələrini birləşdirən OPEC+ formatı gündəlik neft hasilatını məhdudlaşdıracaq.
Publika.az xəbər verir ki, may ayından etibarən gündəlik hasilat bir milyon barel azaldılacaq. Səudiyyə Ərəbistanı həmin həcmin yarısını, yəni yarım milyon bareli öz üzərinə götürüb və bu ölkənin Energetika Nazirliyi müvafiq məhdudlaşdırılmanın könüllü şəkildə edildiyini bildirib. Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Əlcəzair də bu təşəbbüsə qoşulub.
Ötən ilin fevral ayında dünya bazarlarında xam neftin qiymətində kəskin bahalaşma baş versə də, yay və payız aylarında qiymətlər düşməyə başladı. Bu ilin mart ayında dünya bazarlarında ucuzlaşmanı nəzərə alaraq, OPEC+ qiymət sabitləşdirməsinə nail olmağa çalışır. Analitiklərin rəyinə görə, hasilatın qismən azaldılması bazarlarda neftin bir barelinin qiymətinin 10 ABŞ dollarınadək artması ilə nəticələnə bilər.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

















.jpg)
















