Enerji
İnvestorlar QORXU İÇİNDƏ: neft kəskin ucuzlaşdı
Aprelin 25-də keçirilən ticarət zamanı "Brent" markalı neftin dəyəri 2,5 faiz itirərək 81 dollar/bareldən aşağı düşüb.
Publika.az xəbər verir ki, bunu ICE birjasının məlumatları sübut edir.
Ən aşağı nöqtədə iyun fyuçers müqavilələrinin qiyməti bir barel üçün 80,35 dollara çatıb.
Materialın dərci zamanı sitatlar aşağı səviyyədən demək olar ki, bir dollar qalxıb. Eyni zamanda, WTI markalı neft təxminən 2,3 faiz dəyər itirərək bir barel üçün minimum 76,56 dollara çatıb. Yazı hazırlanarkən WTI markalı neftin bir barreli 77,4 dollara satılırdı.
"MarketWatch" ekspertləri neft qiymətlərinin kəskin düşməsini investorların ABŞ-da yeni bank böhranı ilə bağlı qorxuları ilə əlaqələndirirlər. İlkin şərt ölkənin iri bankı "First Republic"in maliyyə hesabatlarının dərci idi - kredit təşkilatı ilin birinci rübünün nəticələrini açıqlayıb, ona görə bankın əmanətlərinin həcmi 40 faizdən çox azalaraq 104,5 milyard dollar təşkil edib. NASDAQ birjasının məlumatına görə, bu fonda bankın səhmləri gün ərzində demək olar ki, 33 faiz ucuzlaşıb .
"Brent" sonuncu dəfə aprelin 20-də bir barel üçün 81 dollara düşüb, ayın əvvəlindəki nisbətən yüksək səviyyələrdən kəskin şəkildə aşağı düşüb.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)


















