Enerji
Laçın və Kəlbəcərdə daha 9 SES-in tikintisinə başlanılır
“Azərenerji” ASC Laçın və Kəlbəcər rayonlarında ümumi gücü 76,8 meqavat olan daha 9 Su Elektrik Stansiyasının (SES) tikintisinə başlayır.
Publika.az xəbər verir ki, bu barədə “Azərenerji”nin prezidenti Baba Rzayev Zəngilanda tikilən “Sarıqışlaq” SES-də görülən işlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verərkən deyib.
Bildirilib ki, Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik Stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik Stansiyaları yeni layihə əsasında tikiləcək.
Qeyd edilib ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan kiçik su elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)


















