Enerji
Türkiyənin yeni energetika və təbii sərvətlər naziri Azərbaycana gəldi
Azərbaycan Respublikasının İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ilə görüşüblər.
Bu barədə Publika.az-a SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, görüşdə Mikayıl Cabbarov Alparslan Bayraktarı energetika naziri təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə olduğu kimi, energetika sahəsində də uğurla inkişaf etdiyi və birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verdiyi vurğulanıb.
Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub.
Azərbaycan və Türkiyə arasında iqtisadiyyat və enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)


















