Enerji
Orta Dəhlizlə nəql olunan neftin gözlənilən illik həcmi açıqland;
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ildə 20 milyon ton neftin nəql olunması planlaşdırılır.
Publik.az xəbər verir ki, bunu "SEMURG INVEST"in baş direktoru Nurcan Marabayev deyib.
Onun sözlərinə görə, həmçinin neft ixracı marşrutlarının diversifikasiyası ilə əlaqədar strateji məsələlərin həlli də planlaşdırılır.
"TBNM Mərkəzi və Şərqi Asiyadan Avropaya ən qısa və etibarlı daşıma yolu olmaqla müasir geosiyasi vəziyyətdə getdikcə daha çox əhəmiyyət kəsb edir. Çinlə Avropa arasında bütün kontinental daşımaların təqribən 80 faizi Qazaxıstan ərazisindən keçir. Kurık limanında illik 5,5 milyon ton aşırma gücünə malik neft terminalının tikintisi TBNM-in inkişafına mühüm töhfə verəcək. Layihənin icrasının təkcə birinci mərhələsi Orta Dəhlizlə ixrac olunan neft axının planlaşdırılan diversifikasiya həcminin 25 faizini qarşılamağa imkan verəcək", - o deyib.
N.Marabayev həmçinin qeyd edib ki, neft terminalı perspektiv olaraq kimyəvi maye yükləri, o cümlədən "yaşıl" ammonyakı işləməyə imkan verməklə neft-qaz, kimya sənayesi və "yaşıl" layihələr üçün maye yüklərin aşırılması üzrə imkanlar açır.
Qeyd edək ki, Kurık limanının inkişaf konsepsiyası özündə bir neçə terminalın inşasını birləşdirir. Hazırda liman ərazisində bərə kompleksi və nəqliyyat-logistika mərkəzi fəaliyyət göstərir. İki yan alma körpüsünün, keçid dəmir yollarının, taxıl terminalının birinci mərhələsinin və ümumi yük terminalının tikintisi başa çatıb.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
















.jpg)


















