Enerji
Səudiyyə Ərəbistanı qaş düzəltmək istəyirdi, vurub...
Səudiyyə Ərəbistanının neft asılılığından qurtulmaq cəhdi itkilərə səbəb olub.
Publika.az xəbər verir ki, ötən il Səudiyyə Ərəbistanının Suveren Sərvət Fondu (PIF) təkcə investisiyalar hesabına 11 milyard dollar itirib və 2021-ci ildə 25,4 milyard dollar mənfəət əldə etsə də, ümumi itki 15,6 milyard dollara çatıb. Bu barədə "Bloomberg" yazır.
Dinamikanın əsas səbəbi texnologiya fondlarında paketlərin qiymətinin aşağı düşməsi olub. Məsələn, təkcə Səudiyyə Ərəbistanının deyil, BƏƏ-nin də aktiv şəkildə sərmayə qoyduğu Yaponiyanın SoftBank Qrupuna məxsus "Vision Fund"-un itkisi 32 milyard dollar təşkil edib.
Ər-Riyad bu cür investisiyalarla krallığın gələcək planlarının kritik bir hissəsi olan iqtisadiyyatının neft hasilatından asılılığından çıxmağa çalışır. PIF turizm, idman obyektləri, elektrik avtomobilləri və digər texnologiya şirkətlərinə sərmayə qoyur ki, bu da yeni sənaye sahələrinin inkişafına səbəb olmalıdır.
Bundan əvvəl dünyanın ən böyük neft şirkəti Saudi Aramco 2023-cü ilin ikinci rübündə xalis mənfəətinin 30,07 milyard dollara qədər azaldığını bildirmişdi ki, bu da bir il əvvəlkindən 38 faiz azdır. Altı ay ərzində mənfəət 29,5 faiz azalaraq 61,961 milyard dollar olub.
Mehti Kamiloğlu
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)



















