Enerji
Xarici şirkətlər Qarabağda "yaşıl enerji"yə investisiya yatıra bilərlər
Birləşmiş Ərəb Əmirliklərinin "Masdar", Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" və Çinin "Gezhouba Group" şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinə investisiya yatırmaqda maraqlıdırlar.
Publika.az-ın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə “yaşıl enerji” sahəsində fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri zamanı bildirilib.
Səfər Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayevin rəhbərliyi ilə baş tutub.
Tərəflər arasında növbəti görüşlərin keçirilməsi və müzakirələrin aparılmasına qərar verilib.
Bildirilir ki, Azərbaycan Prezidentinin müvafiq göstərişinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması istiqamətində tədbirlər davam etdirilir.
"Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilər ciddi bərpa olunan enerji potensialına malikdir və xarici investorlar bu sahəyə böyük maraq göstərir", - nazirlik qeyd edib.
Səfər çərçivəsində əvvəlcə Laçında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovla görüş keçirilib. Görüşdə Laçın rayonunda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq həyata keçirilən layihələr, rayonun Minkənd ərazisində külək elektrik stansiyasının tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb.
Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının tikintisi ilə bağlı məsələlər müzakirə edilib. Bərpa olunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq kəsb etdiyi vurğulanıb. Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə külək elektrik stansiyalarının tikintisi planlaşdırılır.
Səfər zamanı nümayəndə heyəti Zəngilan rayonunda "ağıllı kənd” konsepsiyası əsasında salınmış Ağalı kəndində də olublar.
-
ABŞ05:45ABŞ İsrailə yanacaqdaşıyan təyyarələr göndərdi - Nəyə hazırlıq gedir?
-
Qoroskop02:44Günün ulduz falı: Qızıl ortanı tapmaq çətin olacaq
-
Dünya02:10Hörmüzdə iki neft tankeri partladı
-
ABŞ00:45ABŞ İrana qarşı ardıcıl yeddinci gecə hücumlarına başladı
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi




































