Enerji
Neftin qiyməti ən yüksək səviyyəyə QALXDI
Sentyabrın 12-də keçirilən ticarət zamanı "Brent" markalı neftin qiyməti keçən ilin noyabrından bəri ən yüksək səviyyəyə qalxıb.
Publika.az xəbər verir ki, ICE birjasının məlumatına görə, noyabr fyuçersləri 1,78 faiz artaraq bir barel üçün 92,31 dollar olub.
Eyni zamanda, "Texas WTI" markalı neftin də qiyməti yüksəlir. Oktyabrda çatdırılma fyuçersləri 2,15 faiz bahalaşaraq bir barel üçün 89,17 dollar olub.
Bakı vaxtı ilə saat 17:52-də qiymət bir qədər geriləyib: Brent fyuçersləri 91,96 dollar səviyyəsində ticarət edilib.
OPEC-in proqnozlarına görə, 2023-cü ilin dördüncü rübünün sonuna qədər qlobal neft ehtiyatlarının azalması gündə təxminən 3,3 milyon barel təşkil edə bilər. Bu azalma ən azı 2007-ci ildən bəri ən böyük azalma riskini daşıyır.
Müstəqil ekspertlər də hesab edirlər ki, neft qiymətlərində artım tendensiyası 2023-cü ilin sonuna qədər davam edəcək.
"Etiraf edirəm ki, qiymət ilin sonuna kimi 90-100 dollar/barel arasında dəyişəcək və gələn il də eyni diapazonda qalacaq və ya çox dəyişməyəcək. Yəni qiymətin qəfil enməsi və ya qalxması üçün ciddi səbəb görmürəm", - analitik Vladimir Demidov öz proqnozunu bölüşüb.
Hüseyn İbadlı
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur















.jpg)



















