Enerji
Yaxın Şərqdəki proseslərin dünya neft bazarına təsiri: Azərbaycan qazanacaq
Dünya bazarında enerji daşıyıcılarının qiyməti bəzən kənar hadisələrə çox kəskin reaksiya verir. Yəni gün ərzində nəinki 1 dollar, hətta 5 dollar məbləğində dəyişiklik izlənilir. Məsələn, neftin qiyməti cari ilin sentyabr ayının sonunda 95 dollara qədər yüksəlmişdi, ardınca isə 85 dollara qədər enmə müşahidə olundu.
Bu fikirləri Publika.az-a İsrail-HƏMAS münaqişəsinin dünya neft bazarına təsirilə bağlı fikirlərini bölüşərkən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban deyib.

İ.Şaban bildirib ki, Yaxın Şərqdə baş verən proseslərlə əlaqədar neft qiymətləri hətta 91 dollaradək artıb:
"Ancaq məsələn, London birjasında bu gün üçün "Brent" markalı neftin bir barreli 89 dollardan bir qədər baha satılır. Yəni bazar siyasi gedişlərə, əsasən də, neftlə zəngin olan ölkələrlə onun istehlakçıları arasında olan münasibətlərdən doğan çağırışlara qarşı çox həssasdır. Ona görə də bu artıb-azalma halları bazar üçün təbii qəbul edilməlidir. Bundan sonra vəziyyət necə olacaq, bizi ilk növbədə o sual düşündürməlidir.
Əlbəttə ki, əgər İsrail-Fələstin münasibətlərində qarşıdurmanın coğrafiyası genişlənsə, digər tərəfdən, enerji daşıyıcıları olan ölkələrin Qərb ölkələri ilə münasibətlərində antoqonist xarakterli fikir ayrılığı davam etsə, qiymət artımlarına hələ uzun müddət şahidlik edəcəyik. Artımın dərəcəsi isə münaqişənin amplitudasından asılı olacaq".
Ekspertin sözlərinə görə, istənilən halda, bütün proqnozlar "Brent" markalı neftin 85 dollar ətrafında 2023-cü ili başa vuracağını ifadə edir ki, bu da Azərbaycanın xeyrinədir: "Ölkəmizin büdcəsinə təqribən 1,4 milyard dollar əlavə gəlir daxil olacaq".
Mehti Kamiloğlu
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı














.jpg)






















