Enerji
Aİ Azərbaycana neft məhsullarının ixracını 2,4 dəfə artırdı
Avropa İttifaqı (Aİ) ölkələri cari ilin yanvarında Azərbaycana 2 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Publika.az Avropa İttifaqı Statistika İdarəsinin (Avrostat) məlumatlarına istinadla xəbər verir ki, ixracat pul ekvivalentində iki dəfə artaraq təxminən 4,5 milyon avroya çatıb.
Aİ ölkələri arasında bu ilin yanvar ayında Azərbaycana neft məhsullarının ən böyük üç tədarükçüsü arasında Yunanıstan (500 min avro dəyərində 754 ton), Almaniya (1,9 milyon avro dəyərində 457 ton), Hollandiya (500 min avro dəyərində 155 ton) var.
Avrostatın məlumatına görə, ötən il Avropa İttifaqı ölkələri Azərbaycana neft məhsullarının ixracını 2022-ci illə müqayisədə 73,7 faiz artıraraq təxminən 24,4 min tona çatdırıblar. Pul ekvivalentində isə bu ixracatların həcmi 62,7 faiz artaraq təxminən 58,2 milyon avroya çatıb.
Həmçinin məlumata əsasən, ötən il Avropa İttifaqı ölkələri (İtaliya və Xorvatiya da daxil olmaqla) Azərbaycandan son 4 ildə maksimum neft (təxminən 20,3 milyon ton) idxal ediblər ki, bu da 2022-ci illə müqayisədə 2,6 faiz artım deməkdir. Azərbaycandan tədarük olunan neftin dəyəri 12,4 milyard avro məbləğində qiymətləndirilib.
Aİ ölkələri arasında ötən il Azərbaycandan ən böyük neft idxalçılarının TOP-10 siyahısında İtaliya (6,8 milyard avro dəyərində 11,3 milyon ton), Çexiya (1,2 milyard avro dəyərində 2 milyon ton), İspaniya (875,2 milyon avro dəyərində 1,4 milyon ton), Almaniya (750,3 milyon avro dəyərində 1,2 milyon ton), Xorvatiya (699,2 milyon avro dəyərində 1,15 milyon ton), Portuqaliya (404,6 milyon avro dəyərində 631,3 min ton), İrlandiya (375,3 milyon avro dəyərində 617,3 min ton), Yunanıstan (309,4 milyon avro dəyərində 529,6 min ton), Avstriya (306,6 milyon avro dəyərində 498,7 min ton) və Rumıniyanın (262,2 milyon avro dəyərində 435,5 min ton) adı var.
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal10 Avqust 18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya10 Avqust 16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO


































