Enerji
Neft bu tarixdə KƏSKİN UCUZLAŞACAQ
Yaxın vaxtlarda dünya bazarlarında korreksiya olacaq və "Brent" markalı neftin qiymətləri ucuzlaşaraq 80-85 dollar/barel səviyyəsinə qayıdacaq.
Publika.az xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun tədqiqat direktoru Aleksey Beloqoriyev "RİA Novosti"yə müsahibəsində danışıb.
Ekspertin proqnozuna görə, bu xammalın qiymətində artım spiralı başa çatmaq üzrədir. O qeyd edib ki, son aylarda dekabr-fevral ayları ilə müqayisədə bazarda qlobal dəyişiklik olmayıb.
"Bazar OPEC+ ittifaqı xaricində hasilatın artacağını gözlədiyi üçün neftə tələbat artımının yavaşlaması riskləri qalmaqdadır. Təklif və tələb tarazlığa yaxındır", - Belogoriyev deyib.
Mütəxəssisin fikrincə, Yaxın Şərqdəki gərginlik neftin bir barelinin qiymətinə təxminən iki-üç dollar əlavə edib. Ekspert Rusiya neft emalı zavodlarına pilotsuz təyyarələrin hücumu fonunda Rusiya Federasiyasından neft məhsullarının ixracının davamlılığı ilə bağlı alıcıların narahatlığını mart ayında kotirovkaların artmasında daha bariz amil kimi müəyyən edib .
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi vəzifəsini icra edən Anna Morris bildirmişdi ki, Vaşinqton Hindistanı Rusiya neftinin idxalını azaltmağa və ya ondan imtina etməyə məcbur etməyib:
“Heç bir məhdudiyyət yoxdur, biz Hindistandan Rusiya neftinin alışını azaltmağı xahiş etməmişik”.
Morris onu da vurğulayıb ki, xammal üçüncü tərəf tərəfindən emal edildikdən sonra texniki baxımdan neft rus olmaqdan çıxır.
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































