Enerji
Neftin qiyməti RİSK ALTINDA: İsrail hücuma reaksiya verməsə...
İran və İsrail arasında münaqişənin kəskinləşməsi neft qiymətlərinin artmasına səbəb olacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg"ə müsahibə verən ekspertlər proqnoz veriblər.
Belə ki, İranın hücumlarından sonra hərracların açılışında neftin qiymətinin kəskin artacağını İsveçrənin ən böyük maliyyə holdinqi "UBS Group"un analitiki Covanni Staunovo proqnozlaşdırıb. Onun fikrincə, qiymətlərin qalxmasının nə qədər davam edəcəyi İsrailin reaksiyasından asılı olacaq.
Yaxın Şərqdəki FGE konsaltinq şirkətinin idarəedici direktoru iman Nasseri isə, İsrailin gələcək hərəkətləri və ya İranın Fars körfəzində gəmiçiliyə müdaxiləsi ilə bağlı narahatlıqlar fonunda artıq 10 dollar risk mükafatı da daxil olmaqla neft qiymətlərinin daha 2-5 dollar arta biləcəyini proqnozlaşdırıb.
Xatırladaq ki, aprelin 13-ü axşam saatlarında İran Silahlı Qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atıb. Tehran bunu aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna edilən hücuma cavab adlandırıb.
Hüseyn İbadlı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 26 Oktyabr 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































