Enerji
Azərbaycan və Ərəbistan gözlənilən sənədləri imzaladı
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazov ilə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında qardaşlıq əlaqələrinin olduğu və ölkə rəhbərlərinin dostluq münasibətlərinin, enerji əməkdaşlığının inkişafına qarşılıqlı əhəmiyyət verildiyi məmnunluqla qeyd edilib. Ölkələrimiz arasında enerji əlaqələrinin ikitərəfli formatda çoxşaxəli inkişafında enerji sahəsində Əməkdaşlıq Sazişinin icrasının və Birgə Texniki Komitənin fəaliyyətinin əhəmiyyətindən bəhs olunub. Xüsusilə, “yaşıl enerji” tərəfdaşlığının enerji əməkdaşlığını uzunmüddətli əsasda möhkəmləndirən, ədalətli enerji keçidi və iqlim dəyişikliyinə qarşı mübarizədə Azərbaycan-Səudiyyə Ərəbistanı Krallığının həmrəyliyini təmin edən mühüm rolu vurğulanıb. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində uğurlara nail olunması istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.
Görüşdə “ACWA Power” şirkəti ilə quruda və dənizdə ümumi gücü 2.5 QVt olan külək enerji layihələrinin inkişafı üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bərpa olunan enerji layihələrinin icrasının sürətləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda bərpa olunan enerji layihələrində “ACWA Power” şirkətinin iştirakına, bilik və təcrübə mübadiləsi yolu ilə bərpa olunan enerji mənbələrinin inteqrasiyası, elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafına dəstək ifadə olunub. Həmçinin neft emalı, neft-kimya məhsullarının təchizatı, aşağı emissiyalı yanacaq və texnologiyalar sahələrində, eləcə də SOCAR və Səudiyyə Ərəbistanının şirkətləri arasında birgə əməkdaşlıq məsələləri və investisiya imkanları da müzakirə edilib.
Görüşün yekununda hər iki ölkənin Energetika nazirlikləri arasında Birgə Texniki Komitənin üçüncü iclasının Protokolu imzalanıb. Həmçinin Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda külək enerjisi layihəsi üzrə Çərçivə Müqaviləsi də imzalanıb.
-
Magazin220:24“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - VİDEO
-
İdman19:36Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi
-
MDB19:12Sabiq nazir iki ay müddətinə həbs edildi
-
MDB19:00Qurban Ömərovun 18 yaşlı oğlu məşqdən sonra insult keçirdi
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
















.jpg)















.jpg)




