Enerji
SOCAR Qarabağ və Şərqi Zəngəzurda bu işləri görəcək
“SOCAR-ın dekarbonizasiya proqramı 2050-ci ilə qədər emissiyaları “Xalis sıfır”a çatdırmağı hədəfləyir”.
Publika.az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusundakı forumun “Yaşıl dünya naminə həmrəylik ilində media gündəmi” panel sessiyasında deyib.
O qeyd edib ki, SOCAR-ın fəaliyyət göstərdiyi əsas coğrafiyalarda əməliyyatların tammiqyaslı dekarbonizasiyası proqramına artıq başlanılıb:
“SOCAR yeni bizneslər yaratmaq niyyətindədir. Həmçinin SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyasli bərpaolunan enerji ve "yaşıl" hidrogen layihələrində iştirak edir. Bərpa olunan enerji layihələrindən əlavə, SOCAR Qarabağ və Şərqi Zəngəzur regionlarının karbon neytrallığı zonasına çevrilməsi prosesində iştirak edəcək. COP-29-un Azərbaycanda keçirilməsi olduqca yaxşı hadisədir. SOCAR yaşıl enerji ilə yanaşı öz işlərinə də davam edir. Karbonun tutulub saxlanması üçün SOCAR bir çox şirkətlərlə danışıqlar aparır. Şirkətin fəaliyyət və strukturunda qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün müəyyən dəyişikliklər nəzərdə tutulub. Bunlara dekarbonizasiya və bizneslərin inkişaf etdirilməsinə yönəlmiş yeni prosedurlar, həmçinin vahidlər daxildir”.
Aysel Şahmar
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































