Enerji
Qazaxıstanda 26-cı Dünya Neft Konqresi keçiriləcək
Qazaxıstan 2028-ci ildə 26-cı Dünya Neft Konqresinə ev sahibliyi edəcək.
Publika.az KAZENERGY Assosiasiyasının saytına istinadən xəbər verir ki, bu struktur Dünya Neft Şurasının (WPC Energy) rəhbərliyi ilə görüş keçirib. Tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən, texniki dəstək, elmi araşdırmalar və kadr hazırlığını müzakirə ediblər.
“Danışıqların yekunları üzrə 2028-ci ildə Astanada “WPC Energy”nin 26-cı Konqresinin keçirilməsi haqqında Memorandumun imzalanması mərasimi baş tutub”, - deyə məlumatda bildirilir.
Səsvermənin nəticələrinə görə, Astananın ərizəsi Şuranın bütün iştirakçıları: neft və qazın qlobal istehsalı və istehlakının 96 faizini təmsil edən dünyanın 57 ölkəsi tərəfindən yekdilliklə dəstəklənib.
“WPC Energy” Konqresi 1933-cü ildən keçirilir. Bu, qlobal enerji və neft gündəliyinin mühüm məsələlərinin müzakirə olunduğu nüfuzlu qlobal platformalardan biridir.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































