Enerji
Bu ölkədə nəhəng neft-qaz yatağı aşkarlandı
Küveyt Neft Korporasiyası (Kuwait Petroleum Corporation - KPC) nəhəng neft yatağı aşkarlayıb.
Publika.az xəbər verir ki, şirkət iyulun 14-də Küveytin Fars körfəzindəki Fayaka adasının şərqində əl-Nohata adlı yatağı aşkarladıqlarını açıqlayıb.
Korporasiyanın baş direktoru Şeyx Navaf Səud əl-Sabahın sözlərinə görə, yatağın ehtiyatları ölkənin üç il ərzindəki ümumi hasilatına bərabərdir.
Baş direktor bildirib ki, ilkin hesablamalara görə, yataqda təxminən 2,1 milyard barel neft və 5,1 trilyon kubfut qaz ehtiyatı ola bilər. Bu da təxminən 3,2 milyard barel neft ekvivalentinə bərabərdir.
Küveyt Neft İxrac Edən Ölkələr təşkilatında (OPEC) beşinci ən böyük neft istehsalçısıdır və gündəlik təxminən 2,48 milyon barel hasil edir.
Ölkə dünyanın ən böyük neft ehtiyatlarından birinə sahibdir və hasilatı 2035-ci ilə qədər gündəlik 4 milyon barelədək artırmaq niyyətindədir.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































