Enerji
Türkiyə bu ölkədə yeraltı qaz anbarları tikəcək
Türkiyə Türkmənistanda yeraltı qaz anbarlarının tikintisinə sərmayə qoymağı planlaşdırır.
Publika.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Alparslan Bayraktar Aşqabada ikigünlük səfərinin yekunlarını şərh edərkən bildirib.
Nazir qeyd edib ki, Türkiyənin BOTAŞ dövlət şirkəti qaz anbarlarının tikintisində böyük təcrübəyə malikdir.
“Bu gün Türkiyənin istismar ehtiyatı 6 milyard kubmetr olan yeraltı qaz anbarları (YQA) var. 2028-ci ilə qədər biz YQA ehtiyatlarının həcmini iki dəfə artıraraq 12 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. Biz öz təcrübəmizi bölüşməyə də hazırıq”, - deyə Bayraktar bildirib.
Türkmənistan qazının Türkiyəyə tədarük imkanlarına gəlincə, Energetika Nazirliyinin rəhbəri qeyd edib ki, yaxın 20 ildə Ankara Türkmənistandan ildə 15 milyard kubmetr qaz almağı nəzərdə tutur.
“Ümumilikdə, biz 300 milyard kubmetr qaz almağı planlaşdırırıq, lakin bunun üçün boru xətti lazımdır. İlkin olaraq svop tədarükü sxemindən istifadə edəcəyik ki, bu da ildə 2 milyard kubmetr qaz tədarükünü təmin edəcək”, -deyə nazir qeyd edib.
Bayraktar bildirib ki, Aşqabadda Türkmənistan yataqlarında birgə qaz hasilatı mövzusunu da müzakirə edib.
“Aşqabadda biz əməkdaşlığın bütün spektrini müzakirə etdik. Birinci mərhələdə Cənub-Şərqi Avropa ölkələrinin ehtiyaclarını ödəyə biləcəyik. Ən effektivi, təbii ki, Xəzər dənizindən keçən boru kəməridir”, - deyə Türkiyənin Energetika Nazirliyinin rəhbəri vurğulayıb.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama



































