Enerji
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
Yaxın Şərqdə müharibə vəziyyəti davam edir. İsrail HƏMAS-a qarşı savaşını davam etdirməklə yanaşı, Livandakı “Hizbullah” silahlı qruplaşmasının də hədəflərinə zərbə endirməkdədir. Oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib.
Yaxın Şərqdə yaşananlar neftin qiymətinə hansı yöndə təsir edə bilər?
Bununla bağlı Publika.az-a neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban açıqlama verib.
O bildirib ki, münaqişə şiddətliyi anda neftin qiymətinə ciddi təsir etdi:
“Həmin günü, yəni 1 oktyabr günorta saatlarına qədər neftin bir barelinin qiyməti 70 dollardan aşağı idi. Günorta saatlarından sonra neftin qiyməti 72-73 dollara qədər artdı. Məlum oldu ki, İran İsrailə kütləvi raket hücumu həyata keçirib, o zaman neftin qiyməti 75 dolları ötdü. Hadisənin səhəri günü qiymət artıq 77 dollara qədər yüksəldi”.

Ekspert diqqətə çatdırıb ki, hazırda dünya bazarında 75 dollardan aşağı neft yoxdur:
“Hərbi-siyasi gərglinlik olduqca, neftin qiymətinin aşağı enməsi qeyri-mümkündür. Hadisələr cərəyan etdiyi müddətdə “The Wall Street Journal” yazmışdı ki, neftin qiyməti 50 dollara düşəcək. OPEC anında cavab verdi ki, bu xəbər həqiqəti əks etdirmir, havadan götürülmüş məlumatdır. Buna görə də sonrakı dövr üçün uzunmüddətli proqnoz vermək mümkünsüzdür. Hazırda dünyada vəziyyət çox kəskin dəyişir. Ona görə də, neftin qiyməti ilə bağlı sabitlik pozulub. Yaxın müddət ərzində neftin I rüblük qiymətini hansı rəqəmlər ətrafında olacağını demək mümkünsüzdür”.
Aysel Şahmar
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir












.png)






.jpg)

















