Enerji
Azərbaycanın ixracı kəskin azalıb: Səbəbləri bəlli oldu
2024-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin 26 milyard 554 milyon dolları ixracın payına düşüb. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. İllik müqayisədə ixracda 7 milyard 339 milyon (21,7%) dollar azalma baş verib. 2023-cü ildə ixrac 33 milyard 898,6 milyon dollar həcmində olub.
Neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 23 milyard 197,5 milyon dollar təşkil edib. Bu da illik müqayisədə 7 milyard 353 milyon dollar və ya 24% azdır. 2023-cü ildə Azərbaycandan neft-qaz sektoruna daxil olan mallar üzrə ixracın cəmi dəyəri 30 milyard 550,5 milyon dollar təşkil etmişdi.
Bununla bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlama verib.
O qeyd edib ki, xarici dövriyyədə azalmalar birbaşa enerji məhsulları qiymətlərinin 2024-cü ildə əvvəlki illə müqayisədə yüksək olmaması ilə bağlı idi:
“Neftin dünya bazar qiymətində azalmalar müşahidə olunur. Bu da təbii ki, birbaşa neft satışından əldə edilən gəlirlərə təsir göstərir. Eyni zamanda mavi qazın Avropa bazarında qiyməti aşağı olub. Mavi qazın Avropa bazarında qiymətinin aşağı olması onun satışından əldə etdiyimiz gəlirlərə təsir göstərirdi.

Azərbaycan ixracatının təxminən 80 %-i neft və neft məhsullarıdır. Ona görə də bu kontekstdən təbii ki, neftin dünya bazar qiyməti birmənalı şəkildə ixracatımızın həcminə birbaşa təsir göstərir. Əsas hədəf neftin dünya bazar qiymətinin ümumi ixracatda minimumlaşdırmaqdır. Bütün bunlar qeyri-neft sahəsini prioritetləşdirir”.
Aysel Şahmar
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı













.jpg)



















.jpg)




