Enerji
Dünyanı silkələyən qərardan sonra NEFT DƏ UCUZLAŞDI
Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 26 aprel 2021-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 64 dollardan aşağı düşüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bakı vaxtı ilə saat 2:09-a olan məlumata görə, 2025-ci ilin iyun ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2,41% azalaraq 63,97 dollar/barelə düşüb.
Martın birinci yarısında "BCS World of Investments"in birja eksperti Lyudmila Rokotyanskaya bildirib ki, "Brent" markalı neftin qiyməti 2025-ci ildə bir barel üçün 60-65 dollara düşə bilər.
Səbəb OPEC+-dan kənar ölkələrdən hasilatın artması, həmçinin 2025-2026-cı illərdə neftə tələbatın artması ilə bağlı pessimist proqnozlardır.
Rokotyanskaya izah edib ki, Trampın tarif siyasəti indi qlobal iqtisadiyyatın gələcək artımı və nəticədə enerji resurslarına tələbatla bağlı narahatlığı artırır.
Onun sözlərinə görə, neftin dinamikası proqnozlaşdırılması çətin olan bir çox digər amillərdən də asılıdır. Ekspert bildirib ki, bu, ilk növbədə geosiyasətdir - məsələn, İrana qarşı sanksiyaların artacağı istisna edilmir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək



































