Enerji
ARDNF-in aktivlərində sıçrayış baş verdi
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 62 milyard 740,2 milyon ABŞ dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Publika.az bu barədə Fonda istinadla xəbər verir.
Məlumata görə, bu ilin yanvar-mart aylarında ARDNF-in büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,2 milyon manat təşkil edib.
Rüb ərzində Fond neft-qaz sazişlərinin həyata keçirilməsindən 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neft-qazının satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzitdən isə 765,3 milyon manat gəlir əldə edib. Quruma "Azəri-Çıraq-Günəşli" yatağından 2 milyard 1,6 milyon manat, "Şahdəniz" yatağından isə 181,9 milyon manat vəsait daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir isə 232 milyon manat olub.
Hesabat dövründə ARNDF dövlət büdcəsinə 3 milyard 620,3 milyon manat transfert edib (3 ay ərzində Azərbaycan Mərkəzi Bankının iştirakı ilə həyata keçirilən hərraclarda 2 milyard 420,6 milyon ABŞ dolları məbləğində vəsait satıb), “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 14,9 milyon manat yönəldib, idarəetməyə isə 7 milyon manat xərcləyib.
Fondun valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq hesabına büdcədənkənar gəlirləri isə 4 milyard 999 milyon manat təşkil edib. Aktivlərin artımı vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olub.
"Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olub ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunub.
Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olub. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunub.
2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam edib. Belə ki,geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF – nin qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb", - deyə məlumatda qeyd olunub.
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir



































