Enerji
“Brent” markalı neft KƏSKİN BAHALAŞDI
Londonun Qitələrarası Birjasında (ICE) bu ilin avqustunda tədarük edilən "Brent" markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dolları ötüb.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bakı vaxtı ilə saat 2:00-a olan məlumata görə, neftin qiyməti 80 dollar həddini keçərək artımını sürətləndirib və 80,98 dollar olub.
Bakı vaxtı ilə saat 2:01-də fyuçerslərin qiyməti artmaqda davam edərək bir barel üçün 81 dollara çatıb. Neftin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq 81,4 dollar (+5,28%) olub.
Ticarət məlumatlarına əsasən, Bakı vaxtı ilə saat 2:05-də "Brent" markalı neftin bir barreli 80,41 dollara (+3,98%) satılıb. Eyni zamanda, 2025-ci ilin avqustunda tədarük edilən WTI markalı neftin fyuçersləri 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollar təşkil edib.
Xatırladaq ki, iyunun 12-də bu ilin avqustunda çatdırılma üzrə "Brent" markalı neftin fyuçerslərinin qiyməti təxminən iki ayda ilk dəfə bir barel üçün 70 dollar həddini keçib. Xammal 5,41% artaraq 70,20 dollar olub.
İyunun 16-da Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Yaxın Şərqdə eskalasiya fonunda demək olar ki, 80 dollar/barelə yüksəlib. Ticarət məlumatlarına görə, xammalın fyuçerslərinin qiyməti 4,18% artıb. O, 78,32 dollara satılıb.
Hüseyn İbadlı
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
































.jpg)




