Enerji
Ukrayna Azərbaycana minnətdarlığını bildirdi - FOTO
Bu gün Ukraynanın energetika naziri German Qaluşenkonun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Bakı şəhərində keçirilən Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak edib.
Publika.az xəbər verir ki, iclas çərçivəsində iqtisadiyyat, energetika, ticarət, mədəniyyət, logistika və nəqliyyat, təhsil və elm sahələrində birgə fəaliyyətlərin aydın planını özündə əks etdirən sənədlər Protokol və Yol xəritəsi imzalanıb.
Təchizat mövzusunda da müzakirələr aparılıb: Avropa İttifaqının diversifikasiya siyasəti çərçivəsində Azərbaycandan Ukraynaya qazın nəqli və Ukraynanın yeraltı qaz anbarlarının enerji təhlükəsizliyi və bərpa olunan energetikanın inkişafı üçün istifadəsi məsələləri diqqət mərkəzində olub.
Ukrayna nümayəndə heyəti Azərbaycanın göstərdiyi humanitar yardıma, xüsusilə də enerji sektorunun bərpası üçün təqdim olunmuş transformatorlar və enerji avadanlıqlarına görə, dərin təşəkkürünü bildirib.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi



















.jpg)
















