Enerji
Dörd ölkədən Azərbaycan qazının Suriyaya nəqli ilə bağlı BİRGƏ AÇIQLAMA
Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı birgə açıqlama yayıb.
Publika.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə açıqlamada bu hadisə sözügedən 4 ölkə arasında əlaqələrin dərinləşdirilməsində mühüm addım kimi dəyərləndirilib.
Qeyd olunub ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir:
“Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 22-də rəsmi olaraq fəaliyyətə başlayıb. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir.
Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə verən mühüm humanitar addımdır.
Bundan başqa, ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər”.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi



















.jpg)
















