Enerji
Azərbaycan təbii qazını neçə ölkəyə tədarük edir? - Nazir AÇIQLADI
Bizim enerji tərəfdaşlığımız möhkəmlənir və SOCAR beynəlxalq miqyasda daha böyük oyunçuya çevrilir.
Publika.az “Euronews Turkish”a istinadla xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
M.Cabbarov həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın regional və qlobal enerji bazarlarında getdikcə daha çox nüfuz qazandığını qeyd edib.
Avqustun 2-də Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışı ilə Azərbaycandan təbii qazın Kilis vasitəsilə Suriyaya ixracı başlayıb.
“Euronews Turkish” telekanalına danışan M.Cabbarov bildirib ki, Suriya Azərbaycanın təbii qaz tədarük etdiyi 14-cü ölkə olub.
Qeyd olunur ki, Azərbaycan Suriyaya təbii qaz tədarükünə başlamaqla enerji diplomatiyasının genişləndirilməsi istiqamətində mühüm addım atıb.
Şənbə günü Suriya sərhədinin 7 kilometrliyində, Kilis şəhərində keçirilən Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətərin İnkişaf Fondunun prezidenti Fahad Hamad Al-Suleyti, Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov iştirak edib.
M.Cabbarov bildirib ki, Suriya Azərbaycandan müxtəlif boru kəmərləri vasitəsilə təbii qaz alan 14-cü ölkədir: “Bu, Azərbaycanı artan qlobal enerji təchizatçısı edir”.
Təbii qaz nəqlini Suriyanın yenidən qurulması və normal vəziyyətə düşməsi prosesinə əhəmiyyətli töhfə kimi xarakterizə edən M.Cabbarov əlavə edib: "İqtisadiyyatın normallaşması üçün etibarlı enerji təchizatı həlledici əhəmiyyət kəsb edir. Azərbaycan qazı elektrik enerjisinin daha stabil istehsalını təmin edəcək və milyonlarla insanın tələbatını ödəyəcək".
Nazir bu addımın təkcə kommersiya deyil, həm də diplomatik əhəmiyyət daşıdığını vurğulayıb.
“Bu addım ikitərəfli münasibətlərimizdə mühüm səhifə açır”, - M.Cabbarov Azərbaycan və Suriya prezidentlərinin Antalya və Bakıda keçirdiyi görüşlərə toxunaraq bildirib.
Türkiyə ilə strateji ortaqlıq, Qətərin dəstəyi
M.Cabbarov vurğulayıb ki, təbii qaz layihəsi təkcə ikitərəfli enerji əməkdaşlığı deyil, həm də regional ittifaqın nəticəsidir.
“Bu layihə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və müttəfiqliyin nəticəsidir”, -M.Cabbarov layihənin həyata keçirilməsində hər iki ölkənin liderlərinin və ictimai şirkətlərinin oynadığı rolu vurğulayıb.
M.Cabbarov bildirib ki, layihənin icrası, eləcə də çatdırılma prosesi bu əməkdaşlıqdan asılıdır. O əlavə edib ki, bu cür addımlar təkcə milli maraqlarla məhdudlaşmır, həm də regional sabitliyə və təhlükəsizliyə töhfə verir.
“Bu, ölkələrimizin birgə işlədiyi ilk layihə deyil”, - o, əvvəlki əməkdaşlıqlara istinad edərək deyib.
Qətər hökumətinin layihəyə dəstəyini vurğulayan M.Cabbarov deyib ki, hər iki ölkənin liderləri və ictimai şirkətlərinin xoş niyyəti və əməkdaşlığı olmadan bu layihənin həyata keçirilməsi mümkün olmazdı”. O, əməkdaşlığın təkcə milli maraqlara uyğun olmadığını, həm də regional sabitliyə və təhlükəsizliyə töhfə verdiyini vurğulayıb.
M.Cabbarov əlavə edib ki, SOCAR-ın regional və qlobal enerji bazarlarında nüfuzu getdikcə artır.
Digər qonşu ölkələrin Suriyanın yenidən qurulmasına dəstək vermə potensialı barədə suala M.Cabbarov belə cavab verib: “Biz öz adımızdan hərəkət edirik, lakin töhfə vermək istəyən digər ölkələrin də səylərini alqışlayırıq”.
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı
-
Hadisə10 İyun 20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal10 İyun 18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial10 İyun 16:38Əli Kərimlinin həbs müddəti uzadıldı















.jpg)






















