Enerji
Azərbaycanın təbii qazı Suriya çatdı
Türkiyənin Kilis vilayəti vasitəsilə Suriyaya tədarük edilən Azərbaycan qazı mərkəzi Homs vilayətindəki “Cender Qaz” qazpaylama stansiyasına çatıb, oradan paytaxt Dəməşq yaxınlığındakı “Nasiriyə” və “Təşrin” İES-lərə yönləndiriləcək.
Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Suriyanın energetika nazirinin müavini Qayas Diyab və Homs qubernatoru Əbdürrəhman əl-Amanın qatıldığı mərasimdə elektrik stansiyasına qaz təchizatı klapanları açılıb.
Q.Diyabın sözlərinə görə, qaz kəmərinin ötürücülük qabiliyyəti sutkada 3,4 milyon kubmetrdir. Hazırda kəmərlə 1,4 milyon kubmetr Azərbaycan qazı nəql olunur ki, bu da 250 meqavat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Nazir müavini Azərbaycan qazının Türkiyə üzərindən nəqlini “Suriyanın sabitliyinə mühüm töhfə” adlandırıb.
Xatırladaq ki, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya tədarükü avqustun 2-dən başlayıb.
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək
-
Nida Xəbər 12:10İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO
-
Dünya11:36Ermənistanda qoyulan qadağa Romada pozuldu: 8 kriminal avtoritetə titul verildi



















.jpg)
















