Enerji
"AzərEnerji" işğaldan azad olunmuş ərazilərdə gördüyü işləri açıqlayıb
"AzərEnerji" ASC 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra azad olunmuş ərazilərdə genişmiqyaslı işlər görülüb.
Bu barədə Publika.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, ilkin olaraq antiterror əməliyyatından cəmi 4 gün sonra Xankəndi və ətraf ərazilər Ermənistanın enerji sistemindən ayrılaraq 110 kV "Şuşa" yarımstansiyası vasitəsilə ölkə enerji sisteminə qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda Azərbaycan işığı yanıb.
Məlumata əsasən, işğal müddətində baxımsız saxlanılmış 50 MVt gücündə "Sərsəng" Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq 2023-cü ilin oktyabr ayının əvvəlində stansiya işə salınıb: "Həmçinin, Ağdərə rayonunda 10 MVt gücündə "Həsənriz", 3 MVt gücündə "Torağay-1", 5,9 MVt gücündə "Torağay-2", 5 MVt gücündə "Torağay-3", 0,8 MVt gücündə"Torağay-4" kiçik su elektrik stansiyaları təmir-bərpa edilərək işə qoşulub".
Vurğulanıb ki, Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur da qurulub: "Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq "Xankəndi-1" yarımstansiyası tikilib və artıq istismara hazırdır. "Şuşa" yarımstansiyasından bura 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub. 110 kV "Xankəndi-1" yarımstansiyasından 110 kV "Ağdam Qovşaq" və "Həsənriz" yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib. Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub. Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb. Tərtərçay üzərində 14,7 MVt gücündə "Qozlukörpü" Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir".
-
Avto03:18Azərbaycanda avtomobillərin qiyməti artacaq? - Video
-
Qoroskop01:40Günün ulduz falı: Bürclər yeni həftəyə necə başlayacaq?
-
ABŞ00:23ABŞ Lark adasına hücum etdi - Ölənlər və xəsarət alanlar var
-
Ekologiya30 Avqust 20:04Hava ilə bağlı daha bir xəbərdarlıq: sentyabrın 1-dək...
-
Avropa30 Avqust 19:26Şimali Kiprdə batan bərədə azərbaycanlılar da olub - Yeniləndi
-
Hadisə30 Avqust 19:00Valideynləri cehiz almağa getdi, 17 yaşlı qız sığınacağa üz tutdu
-
Qarabağ 30 Avqust 17:32Azərbaycanın ilk hərbi pilotlarından idi - Ailəsi hələ də onun yolunu gözləyir
-
Hadisə30 Avqust 16:35Psixoloq azyaşlıya zorakılıq etdi, polis araşdırmaya başladı - VİDEO










.jpg)
























.jpg)
