Enerji
Avropanın enerji təhlükəsizliyində Azərbaycan faktoru: Ölkəmiz regional qovşağa çevrilir
Noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət yetirildi. Prezident İlham Əliyevin çıxışında Avropa İttifaqına qaz ixracının 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdığı qeyd olundu. Bəs bu göstəricilər Azərbaycanın Avropanın enerji təminatındakı mövqeyinin hansı səviyyəyə yüksəldiyini göstərir?
İqtisadçı Razi Abasbəyli Publika.az-a açıqlamasında bildirdi ki, Azərbaycan hazırda Avropa İttifaqının 10 ölkəsinə qaz ixrac edir.
Onun sözlərinə görə, bu, ölkəmizin Avropanın enerji sistemində ciddi şəkildə iştirak etdiyinin göstəricisidir:
“Cənab Prezidentin qeyd etdiyi 13 milyard kubmetr həcmində qaz ixracı əvvəlki 8 milyard kubmetrlə müqayisədə təxminən 60 faiz artım deməkdir. Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş rolunu oynayır. Çünki Avropa İttifaqı ölkələri üçün təkcə qaz təminatı deyil, eyni zamanda enerji təhlükəsizliyi və fasiləsiz qaz təchizatı da vacib şərtlərdən biridir. Azərbaycan qazının ixrac marşrutları isə təhlükəsizlik baxımından kifayət qədər əlverişlidir. Boru kəmərlərinin keçdiyi coğrafi ərazilər faktiki olaraq münaqişə zonaları deyil və nəqliyyat infrastrukturu təhlükəsiz şəraitdə fəaliyyət göstərir.
Azərbaycanın bundan sonra qarşısında duran əsas iqtisadi vəzifələrdən biri tranzit ölkə statusundan daha geniş funksiyaya malik mövqeyə keçməkdir. Yəni ölkəmiz yalnız enerji istehsalı və ixracı ilə kifayətlənməməli, eyni zamanda elektrik enerjisinin ötürülməsi, beynəlxalq ticarət, investisiya və regional layihələrdə də fəal iştirak etməlidir.
Azərbaycan bərpaolunan enerji sahəsində Gürcüstan, Türkiyə və Bolqarıstanla yaxın əməkdaşlıq edir və bu istiqamətdə mövcud perspektivləri genişləndirir. Bu baxımdan, Azərbaycanın Avropanın qaz təchizatında aparıcı rol oynayan ölkəyə çevrilməsi həm iqtisadi dayanıqlılığın gücləndirilməsi, həm də sabit gəlirlərin əldə edilməsi deməkdir”.

İqtisadçı qeyd etdi ki, Azərbaycan Avropa İttifaqı ölkələri ilə əməkdaşlığını genişləndirdikcə ölkəmizin valyuta gəlirlərində də sabit artım tendensiyası müşahidə olunur:
“Bu layihələrin inkişafı Avropa üçün də mühüm əhəmiyyət daşıyır. Qeyd etdiyimiz kimi, burada söhbət təkcə qaz təchizatından deyil, eyni zamanda bu təchizatın fasiləsiz və təhlükəsiz şəkildə həyata keçirilməsindən gedir. Məhz bu amilləri nəzərə alaraq, ölkəmizin mövcud imkanlardan maksimum faydalanması və bir sıra mühüm məsələlərin həllinə nail olması vacibdir.
İlk növbədə, liman və dəmir yolu infrastrukturunun yenilənməsi, Xəzər dənizində yükaşırma imkanlarının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal logistika sistemlərinin tətbiqi vacib amillərdəndir.
Paralel olaraq, bu işlər həyata keçirilərsə və regionda davamlı sülhün, sabitliyin təmin olunmasına nail olunarsa, yeni kommunikasiya xətlərinin iqtisadi səmərəliliyi də artacaq. Təbii ki, bu, Azərbaycanın əsas etibarlı tərəfdaşlarından olan Avropa İttifaqı ölkələri ilə enerji təchizatı və enerji satışının daha geniş miqyasda həyata keçirilməsinə imkan yaradacaq. Bütün bunlar isə ölkəmiz üçün əlavə iqtisadi imkanlar və yeni gəlir mənbələri deməkdir”.
Müəllif: Roza Şəfiyeva
-
MDB14:36Moskvada jurnalistin avtomobili partladıldı - Yanukoviçin adamıdır
-
Sosial14:21Bakıda baş redaktor həbs edildi - FOTO
-
Region12:54İranın üçdə biri qazsız qalıb: Nazir müavini ağır günlərin olacağını bildirdi
-
Elm və təhsil12:36Müəllimlərin orta aylıq maaşı açıqlandı
-
Elm və təhsil11:54Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Əmlak10:57MİDA güzəştli mənzilləri satışa çıxarır
-
Dünya10:42Trampdan İsraillə bağlı iddialı açıqlama: Baş nazir ola bilərəm
-
İdman10:30Ermənistanın oyununda Azərbaycana qarşı təxribat - UEFA cəza verəcək?



















.jpg)


















