Enerji
Azərbaycan nefti ucuzlaşdı18:15
Bu həftə (9-13 noyabr) “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri azalıb.
Publika.az xəbər verir ki, Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağında hasil edilən “Azeri Light” markalı neftin (CIF) orta qiyməti əvvəlki həftə ilə müqayisədə 9.51 dollar və ya 8.6 faiz azalaraq bir barel üçün 100.70 dollar təşkil edib.
Məlumata görə, həftə ərzində bu markalı xam neftin ən yüksək qiyməti bir barel üçün 102.68 dollar, ən aşağı qiyməti isə 99.40 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 96.53 dollar təşkil edib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 6.99 dollar və ya 6.7 faiz azdır. Həftə ərzində bu markalı neftin ən yüksək qiyməti bir barel üçün 98.79 dollar, ən aşağı qiyməti isə 95.13 dollar olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 7.01 dollar və ya 9.2 faiz azalaraq bir barel üçün 69.31 dollar təşkil edib. Həftə ərzində bu markalı neftin ən yüksək qiyməti 72.20 dollar, ən aşağı qiyməti isə 67.30 dollar olub.
“Dated Brent” markalı neftin orta qiyməti isə əvvəlki həftə ilə müqayisədə 7.82 dollar və ya 7.8 faiz azalaraq bir barel üçün 92.64 dollar təşkil edib. Həftə ərzində bu markalı neftin bir barelinin ən yüksək qiyməti 96.11 dollar, ən aşağı qiyməti isə 90.56 dollar olub.
|
Neft/Tarix |
09.11.2026 |
10.11.2026 |
11.11.2026 |
12.11.2026 |
13.11.2026 |
Həftəlik orta qiymət |
|
Azeri LT CIF |
$100.90 |
$99.40 |
$100.63 |
$99.88 |
$102.68 |
$100.70 |
|
Azeri Light FOB Ceyhan |
$96.18 |
$95.13 |
$96.64 |
$95.90 |
$98.79 |
$96.53 |
|
Urals (EX NOVO) |
$68.43 |
$67.30 |
$69.58 |
$69.04 |
$72.20 |
$69.31 |
|
Dated Brent |
$91.76 |
$90.56 |
$92.72 |
$92.06 |
$96.11 |
$92.64 |
-
Enerji18:12Azərbaycan nefti ucuzlaşdı18:15
-
Hadisə17:15Keçmiş rabitə və informasiya texnologiyaları nazirinə ağır itki üz verdi
-
Nida Xəbər 16:10Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Magazin216:0513 min manatlıq çanta ilə poza verdi - FOTO
-
Region15:47Paşinyan: "Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm!"
-
Hadisə14:38Ordubadda qəzaya düşən deputatın vəziyyəti açıqlandı
-
Ekologiya13:09Sabahın hava proqnozu açıqlandı
-
Avropa12:57Qara dənizə ABŞ kəşfiyyat təyyarəsi qaldırıldı







.jpg)





























