Foto
Baxmaqdan doymayacağınız təbiət nümunələri - FOTOLAR
Dünyada çox istedadlı insanlar var, hansı ki, yaratdıqları işlər heyranlıq doğurur, amma ən yaxşı rəssam, şübhəsiz ki, təbiətdir. O, bəzən elə şedevrlər yaradır ki, heyran olmamaq əldə deyil.
Publika.az aşağıdakı icmalda mövcudluğuna inanmağın çətin olduğu, lakin real olan ağacların şəkillərini təqdim edir.
1. Rəngbərəng evkalipt
Hamar qabıqlı evkalipt müxtəlif rəngdə olan təbəqələrdən ibarətdir və rənglər zaman-zaman dəyişir.
2. Qırağı diş-diş gilənar
Gövdənin parlaq qırmızı-qonur səthi qış fəslində daha effektli görünür.
3. Pambıq ağacı
Ağacın gövdəsi və budaqları çox böyük iti tikanlarla örtülüdür.
4. Jabotikakba
Həmişəyaşıl ağacın meyvələri bilavasitə budaq və gövdəsində formalaşır.
5. Adenium - səhranın məşum qızılgülü
Bitkinin bütün hissələri zəhərlidir, özü də o qədər zəhərli ki, qədim zamanlarda onları oxların ucluqlarına sürtürdülər.
6. Seyba
Bu Qərb yarımkürəsinin tropiklərində ən böyük və ən hündür ağaclardan biri sayılır.
7. Əjdaha ağac (Drasena)
Drasena yunan dilindən tərcümədə "dişi əjdaha" deməkdir.
8. Ox qabı
Keçmişdə buşmenlər bu ağacın budaqlarını ox qabları kimi istifadə edirdilər.
9. Baobab
Çox qəribə ağacdır, dünyada ən qalın ağac olması ilə yanaşı, illik halqaları yoxdur.
10. Çili şamı
Ağac o qədər sərt və tikanlı yarpaqlara malikdir ki, quşlar onun budaqları üzərinə qonmurlar.
11. Əyilmiş ağaclar
Bu zərif, öz yaşamaq hüququnu qoruyan ağaclara baxdıqca heyrətlənməmək əldə deyil.
12. Coşua ağacı
Bu ad 19-cu əsrin ortalarında Moxave səhrasını keçən mormonlar qrupu tərəfindən verilib.
13. Ksantorreya – ot ağac
Bu gec böyüyən ağaclar oda qarşı davamlıdır və 600 ilədək yaşayırlar.
14. Qanayan ağac
Ağacı kəsikdə qırmızı rəngdə maye axmağa başlayır, sanki qandır, adını da məhz buradan alıb.
15. Mansinella ağacı
Ən təhlükəli ağac kimi "Ginnesin Rekordlar Kitabı"na daxildir - bitkinin bütün hissələri zəhərli və ölümcül təhlükəlidir.
16. Afrika laləsi
Ən gözəl çiçəkləyən ağaclardan biri hesab olunur və bioloji müxtəlifliyə təhdid etdiyi üçün təhlükəli növlər siyahısına daxildir.
17. Mum palma
Dünyada ən yüksək palmadır və Kolumbiyanın milli ağacı hesab olunur.
18. Həmişəyaşıl Sekvoyya
Nəhəng ağac hündürlüyü ilə heyran edir, 116 metrə çatan bitki dünyanın ən hündür ağacıdır.
19. Fikus
Budaqlarının sahəsinə görə dünyada ən böyük olan unikal ağac Хауре adlı Hind nəbatat bağında yerləşir.
20. Gəzən palma
Bu qeyri-adi palma yer üzündə yavaş-yavaş hərəkət edən nadir bitkilərdəndir. İldə 20 metrə qədər irəli gedir.
21. Şam ağacı
Bu ağacın bəhrələrində çoxlu sayda bitki yağları var, bunun sayəsində onlardan yanar şam kimi də istifadə edilir.
22. Vircinya qarrənglisi
Əslən ABŞ-dan olan fövqəladə gözəl ağac.
Zaur H.
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi