Azərbaycanla Rusiya gömrükçülərinin görüşü yekunlaşdı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanla Rusiya gömrükçülərinin görüşü yekunlaşdı

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.

Azərbaycan-Rusiya sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığını aradan qaldırmaq məqsədilə bu gün saat 14:00-da iki ölkənin gömrük və sərhəd xidmətləri nümayəndələri arasında sərhəddə baş tutan görüş yekunlaşıb.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyəti Rusiya tərəfdəki sərhəd-keçid məntəqəsində yaranan problemin avtonqliyyat vasitələrinin sıxlığına səbəb olduğunu və tez bir zamanda aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Rusiya Federasiyasının gömrük və sərhəd xidmətlərinin nümayəndələri də sərhəd-keçid məntəqəsindən avtonəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsinin təmin edilməsi üçün bütün zəruri addımların atıldığını, gün ərzində sərhəddən 150-yə qədər nəqliyyat vasitəsinin keçidini təmin etməyə çalışdıqlarını və sıxlığın tez bir zamanda aradan qaldırılması üçün bütün imkanların səfərbər olunduğunu bildiriblər.

Xatırladaq ki, Azərbaycan-Rusiya sərhədində yaranan problemin aradan qaldırılması üçün Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi arasında telefon danışığı olub və qonşu ölkənin gömrük xidmətinə rəsmi müraciət ünvanlanıb.

***

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir. Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdır.

Hazırda iki ölkə arasındakı sərhəddə tez xarab olan kənd təsərrüfatı məhsulları ilə yüklü avtomobillərin olduğunu nəzərə alaraq Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət ünvanlayıb və sıxlığın mümkün olan ən qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm