Dünyanın ən məşhur şirkətləri Trampa qarşı - MƏHKƏMƏ BAŞLAYIR
Bizi izləyin

İqtisadi gündəm

Dünyanın ən məşhur şirkətləri Trampa qarşı - MƏHKƏMƏ BAŞLAYIR

Trampın viza qadağasının ölkədəki miqrasiya qanunlarını və ABŞ Konsitutsiyasını pozduğunu irəli sürüblər.

“Google”, “Apple”, “Microsoft”,” Facebook”, “Twitter”, “Intel” və “Netflix” kimi ABŞ-ın böyük şirkətləri Donald Trampın viza qadağasının ölkədəki miqrasiya qanunlarını və ABŞ Konsitutsiyasını pozduğunu irəli sürüblər.

Publika.az xəbər verir ki, şirkətlərin birgə imzaladığı sənəddə Trampın viza qadağasının ABŞ qanunlarında ani dəyişiklik yaratdığı irəli sürülür. Eləcə də bu qərarın Amerika şirkətlərinə əhəmiyyətli dərəcədə zərər vuracağı deyilir.

Şirkət idarəçilərinin imzaladığı sənəd San-Fransiskodakı 9-cu Bölgə Apelyasiya məhkəməsinə təqdim edilib.

Mütəxəssislər bu hüquqi cəhdin təkcə Trampa qarşı açılan bir iddia olmadığını söyləyirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm