İqtisadi gündəm
Azərbaycanda multimilyonçuların sayı kəskin artacaq - HESABAT
MDB-də sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 2006-cı ildən 2016-cı ilədək 30%-dən çox artaraq 3 230 nəfərə çatıb.
Bu barədə "Knight Frank" şirkətinin hesabatında deyilir.
Bildirilir ki, hesabat dövründə yalnız Rusiyada multimilyonçuların sayı 31% artaraq 2 750 nəfər təşkil edib. Şirkətin proqnozlarına əsasən, 2016-2026-cı illərdə Rusiyada sərvəti 30 mln. dollardan çox olan multimilyonçuların sayı 60% artaraq 4 440 nəfər təşkil edəcək. Qeyd edilən dövr ərzində sərvəti 10 mln. dollar olan şəxslərin sayı 60% artaraq 9 680 nəfərə çatacaq.
Şirkətin analitikləri proqnozlaşdırır ki, MDB-də sərvəti 30 mln. dollardan çox olan şəxslərin sayı 2026-cı ilədək 60% artaraq 5 170 nəfər təşkil edəcək. "Bundan sonrakı 10 il ərzində MDB-dəki multimilyonçuların sayı 60% artacaq. Azərbaycan və Qazaxıstan artım tempinə görə Rusiyaya çatacaq. Beləliklə, regionda multimilyonçuların sayı 5 170 nəfərə çatacaq", - deyə sənəddə qeyd edilib.
2016-cı ildə Rusiyadakı dollar milyarderlərinin sayı 83 nəfər olub. Şirkət 2026-cı ilədək Rusiyadakı milyarderlərin sayının 133-ə çatacağını proqnozlaşdırır. Ümumilikdə növbəti 10 ildə MDB-dəki milyarderlərin sayının 90-dan 144-ə çatacağı gözlənilir. (apa)
-
Sosial21:05
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi